Həlak olan hərbçimiz 600-dən çox bal toplayıbmış

17 Yanvar 2022 10:40

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının ciddi şəkildə pozulması nəticəsində həlak olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, C. Məmmədli əslən Şəki şəhərindəndir.

Cavidan Məmmədli qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq universitetlərdən birinə qəbul olub. O, iyul ayında hərbi xidmətdən geri dönəcəkmiş.

Milli.Az