Leonardo Di Kaprio ikiüzlülükdə ittiham olundu

17 Yanvar 2022 11:58

Dünya şöhrətli kinoaktyor, tanınmış ekologiya fəalı Leonardo Di Kaprio ekoloji mühitə zərərli yaxtada göründükdən sonra tənqid atəşinə tutulub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, hollivud aktyoru sevgilisi Kamila Morrone ilə birlikdə Sent-Bart adasında istirahət edib.

Jurnalistlər isə cütlüyün istirahət etdiyi yaxtanın isveçrəli milyarder Ernesto Bertarelliyə məxsus olduğunu öyrəniblər. Sözügedən gəminin mühərriki çoxlu miqdarda karbon buraxır. Aktyorun izləyiciləri bu xəbəri olduqca təəccüblə qarşılayıblar. Çünki Di Kaprio daima emissiyalarla havanın çirklənməsinə qarşı çıxır.

Hələlik Leo fanatların və eko-aktivlərin ittihamlarına cavab verməyib.

Milli.Az