Çində boyalı kişilərin televiziyada nümayişi qadağan edildi

17 Yanvar 2022 09:34

Çin hakimiyyəti makiyajın ənənəvi kişi imicinə sığmadığını bəyan edərək, televiziyada boyalı kişilərin göstərilməsini qadağan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bundan əlavə, ÇXR hakimiyyəti telekanallara ölkə xalqının mənəvi dəyərlərinə uyğun gözəllik standartları təyin etməyi tapşırıb.

Həmçinin, Çin televiziyasında hərəkətləri "ictimai qaydaya və əxlaqa" zidd olan şəxslərin nümayişi qadağan olunub.

Hökumətin tapşırığına əsasən, telekanallarda əyləncəli proqramlar əvəzinə sosialist və ənənəvi Çin mədəniyyəti ön plana çəkilməli, dəbdəbə nümayiş etdirilməməlidir.

Milli.Az