Təyyarə səkkiz saat yeganə sərnişinlə uçdu

17 Yanvar 2022 09:22

"British Airways"in təyyarəsi Londondan Orlandoya səkkiz saatlıq uçuş edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu zaman onun göyərtəsində cəmi bir nəfər sərnişin olub.

"Ekipaj dedi ki, təyyarədə olan yeganə şəxs mən idim", - deyə kişi "Tik-Tok"da bildirib.

O əlavə edib ki, dörd oturacağın qoltuqlarını aşağı endirib və boş təyyarədə özünə müvəqqəti çarpayı düzəldib.

Sərnişin belə bir uçuşu həyatındakı ən qəribə hava səyahəti adlandırıb.

Milli.Az