Əfqanıstanda qadınlar küçələrə axışdı: “Taliban” onları gözyaşardıcı qazla qovdu

17 Yanvar 2022 11:16

"Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın paytaxtı Kabildə təşkil olunan etiraz aksiyasında iştirak edən qadınlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Aamaj News" məlumat yayıb.

Agentliyin məlumatına görə, bir qrup qadın "Taliban"ın Əfqanıstan əhalisinə tətbiq etdiyi məhdudiyyətlərə etiraz etmək üçün Kabil küçələrinə çıxıb. Onlar qanuni hüquq və azadlıqlarına riayət olunmasını tələb ediblər.

Silahlılar kütləvi etirazı gözyaşardıcı qazdan istifadə etməklə dağıdıblar.

Milli.Az