Hərbçimiz həlak oldu

17 Yanvar 2022 08:25

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib:

"Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik".

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az