Şimali Koreya eyni vaxtda iki ballistik raket buraxıb

17 Yanvar 2022 08:52

Şimali Koreyanın Yapon dənizi istiqamətində eyni vaxtda iki qısa mənzilli ballistik raket atdığı ehtimal olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsi xəbər verib.

Məlumata əsasən, raket buraxılışı Pxenyan yaxınlığındakı Sunan Beynəlxalq Hava Limanı ərazisindən həyata keçirilib.

Əlavə məlumat verilməyib.

Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri dördüncü raket buraxılışıdır.

Milli.Az