Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib - VİDEO

17 Yanvar 2022 08:37

"Brave Knight" quru yük gəmisi Türkiyənin Gəmi Hərəkətinə Nəzarət Mərkəzinin koordinasiyası ilə losman, KURTARMA-8, KURTARMA-10 yedək gəmiləri və KEGM-6 qayıqlarının müşayiəti altında Böyükdərə dayanacağı zonasında təhlükəsiz şəkildə lövbər salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi öz "Twitter" səhifəsində yazıb.

Bildirilib ki, gəmi lövbər salındıqdan sonra Bosfor boğazı boyunca hər iki istiqamətdə gəmilərin hərəkəti açılıb.

Milli.Az