Bakıda avtomobil piyadanı vuraraq öldürüb

17 Yanvar 2022 07:11

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu dairəsində qeydə alınıb.

Hələlik ad soyadı naməlum olan təxminən 30-35 yaşlı kişi yolu keçərkən onu minik avtomobili vurub.

Piyada hadisə yerində ölüb. Meyit morqa yerləşdirilib. Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Milli.Az