"Çelsi" futbolçusu Lyuis Beykeri satıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Stok Siti" klubuna keçib. Bu barədə "Çelsi"nin mətbuat xidməti məlumat yayıb. Beykerlə 2.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Beyker İngiltərədə "MK Dons", "Şeffild Uenzdey", "Ridinq", "Lids", Almaniyada "Fortuna", Türkiyədə "Trabzonspor", Niderlandda "Vitess" kimi klublarda icarədə olub.
Milli.Az