Ağ un insan beyninə zərərlidir- ALİMLƏR

17 Yanvar 2022 04:01

Qida məhsullarında istifadə edilən süni şəkərləndirici, şəkərəvəzedicilər və ağ un insanın beyninə neqativ təsir edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, şəkərləndiricilər fenilalanin və asparqin turşusunu artırır, bu da beynin neyrofizioloji aktivliyini aşağı salır.

Ağ unda olan nişasta isə yüksək qlikemik indeksə malikdir. Qanda şəkəri artırır, bununla beyin neyronlarını pozur.

Ağ undan çox istifadə edənlərin beyni öz funksiyasını lazımı qədər yerinə yetirə bilmir.

Milli.Az