“Çelsi” 8 ildə 2 oyuna çıxan futbolçunu satdı

16 Yanvar 2022 18:12

"Çelsi" klubu futbolçusu Lyuis Beykeri satıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Stok Siti" klubuna keçib.

Bu barədə "Çelsi"nin mətbuat xidməti məlumat yayıb. Beykerlə 2.5 illik müqavilə imzalanıb.

"Çelsi"nin yetirməsi olan Beyker 2014-cü ildən əsas komandada çıxış edib. Yarımmüdafiəçi "zadəganlar"la 8 ildə cəmi 2 dəfə rəsmi oyuna çıxıb.

Beyker İngiltərədə "MK Dons", "Şeffild Uenzdey", "Ridinq", "Lids", Almaniyada "Fortuna", Türkiyədə "Trabzonspor", Niderlandda "Vitess" kimi klublarda icarədə olub.

Milli.Az