Cokoviç deportasiya olunur

16 Yanvar 2022 16:52

Avstraliya Federal Məhkəməsi dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin vizasını ləğv edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə Cokoviçin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib.

Onun yaxın saatlarda Avstraliyadan deportasiya ediləcəyi gözlənilir.

Bununla da Novak Cokoviç "Australian Open" turnirində iştirak edə bilməyəcək.

Qeyd edək ki, serbiyalı məşhur tennisçi bir neçə gün öncə Avstraliya sərhəd orqanları tərəfindən saxlanılmışdı.

Milli.Az