Putin gələn həftə İran Prezidenti ilə danışıqlar aparacaq

16 Yanvar 2022 16:22

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, danışıqlar gələn həftə Moskvada baş tutacaq.

Bundan əlavə, dövlət başçısının Rusiya Təhlükəsizlik Şurasının iclası, şəxsi görüşləri və beynəlxalq telefon danışıqları planlaşdırılıb.

Milli.Az