Üzdəki qızartılardan belə qurtulun

17 Yanvar 2022 05:44

Bəzən sızanaqlar sağaldıqdan sonra belə izləri qalır. Soyuq havanın təsiri ilə bu izlər qızarır və üzdə xoş olmayan görüntü yaradır.

Milli.Az axşam.az-a istinadən qısa zamanda qızartıları azaldan, qıcıqlanmanı sakitləşdirən və üzdəki şişkinliyi aradan qaldırmağınıza imkan verən üsulları təqdim edir.

- Çobanyastığı çayı dərini sakitləşdirir, iltihabı aradan qaldırır. Təmiz parçanı çaya batırıb soyuq kompres edin.

- Xiyar maskası başqa bir alternativdir. Dərini sakitləşdirmək üçün xiyar və qatıqdan sadə maska ​​hazırlayıb üzünüzə çəkin. Bununla da cilddəki qızartı aradan qalxacaq.

- Acılı qidalarla yanaşı, həssas dərilər üçün qıcıqlandırıcı və quruma təsiri bəxş edən nanədən, tərkibində paraben, sulfat, spirt olan məhsullardan çəkinin.

- Nəmləndirici istifadə edərkən tərkibində gül yağı, aloe və yulaf kimi sakitləşdirici xüsusiyyətlərə malik təbii məhsulların olmasına diqqət yetirin.

Milli.Az