Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Somalinin "Goobjoog News" xəbər portalı məlumat yayıb.
Somalinin paytaxtı Moqadişoda törədilən güclü partlayış nəticəsində baş nazirin mətbuat katibi yaralanıb.
Mətbuat katibinin olduğu avtomobilə kamikadze hücum edib. Partlayış prezident sarayının yaxınlığındakı avtomobillərin hərəkət zolağında baş verib.
Milli.Az