Rusiyalı məşhur repçi Timati sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, hazırda Kolumbiyada istirahətdə olan sənətçinin avtomobil idarə edərkən 2 yaşlı oğlu Ratmiri qucağında oturtması və sükanı ona verməsi tənqidlərə səbəb olub.
İzləyicilərin bəziləri şərhlərdə repçinin bu hərəkətinin yanlış və təhlükəli olduğunu, bəziləri isə onun dərhal cərimələnməli olduğunu yazıblar.
Milli.Az