Şirvan sakini vanna otağında ölü tapılıb

15 Yanvar 2022 23:49

Şirvan sakini vanna otağında ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Əzizbəyov küçəsi 3 mənzil 9 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Rəsulov Aslan vanna otağında ölü tapılıb.

Yaxınları həkimlərə bildirib ki, mərhum ürək ağrılarından əziyyət çəkirdi. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub. Onun hansı səbəbdən ölməsi aydınlaşdırılır.

Milli.Az