Məşhur professor: “Ölümcül ola bilər”

17 Yanvar 2022 23:00

"Omikron" variantının təsiri bütün dünyada günü-gündən artır. Təkcə Türkiyədə deyil, Avropa və Amerikada da yoluxmaların sayında artım var.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə mütəxəssis Serhan Sakarya danışıb. 

O bildirib ki, "omikron" ştamının yoluxuculuğu digər variantlardan qat-qat yüksəkdir:

"Peyvənd olunmayanlar "omikron"u yüngül keçirmir. Peyvənd olunmamış xəstələr hər dəfə ağciyər və tənəffüs problemi ilə gəlirlər. Türkiyədə yoluxma sayı gələn həftə ikiqat artacaq. Xalq Yeni ili küçələrdə və əyləncə məkanlarında qeyd etdi. Odur ki, müsbət test nəticələrinin sayı iki dəfə artdı". 

Mütəxəssis hesab edir ki, daha ölümcül bir ştamın ortaya çıxmayacağına dair heç kim zəmanət verə bilməz:

"COVID-19 qrip kimi bir müddət davam edəcək. Ancaq artıq pandemiya sona çatmalıdır. Vəba pandemiyası təxminən 25 il davam etdi, dünyadakı insanların üçdə biri bu pandemiya səbəbilə həyatını itirib. Odur ki, virus bəzən başqa bir virusla birləşə bilir. SARS, ya da MERS kimi bir virusla birləşərsə, ortaya çıxacaq yeni "Chucky" kimi ölümcül ola bilər".

Serhan Sakarya vurğulayıb ki, pandemiya 2022-ci ildə başa çatmayacaq: 

"Təəssüf ki, pandemiyanın bir anda bitəcəyini düşünmürəm. 2023-cü ilin əvvəllərinə qədər hələ də COVID-19 gündəmdə olacaq. Çünki dünyada hələ peyvənd ala bilməyən ölkələr var. Bu variantlar bu ölkələrdən çıxır. Vaksinasiyanın sadəcə bir ölkədə aparılması vəziyyəti xilas etmir. Bütün dünyada eyni dərəcədə həyata keçirilməlidir". (publika.az)

Milli.Az