“Netflix”də serial izləyərkən qəfil açıq bir səhnənin çıxmasından qorxuram”

15 Yanvar 2022 14:15

"Aşkı memnu" serialı ilə məşhurlaşan, daha sonra "Survivor" yarışması ilə populyarlığını artıran aktyor Batuhan Karacakayanın müsahibəsi müzakirələrə səbəb olub.

Milli.Az OLAY-a istinadən yazır ki, "Bir başka" adlı proqramda "Netflix" seriallarının açıq-saçıq səhnələrindən narahat olduğunu bildirən sənətçinin homofob hərəkətləri sosial şəbəkə izləyicilərini qəzəbləndirib:

"Netflix"də serial izləyərkən qəfil bir açıq səhnənin çıxmasından qorxuram. Mən mühafizəkar ailədənəm. Bəzi serialları evimizin zalında rahat izləyə bilmirəm. Anam zaldan keçərkən əxlaqa uyğun olmayan bir səhnənin verilməsi, mənim də onu izləməyəmi görməsi məni narahat edir. RTÜK (Türkiyənin Radio və Televiziya Şurası - red.)  təbii ki, bu qədər qatı olmamalıdır, amma həddini aşanlar da var. Mən bu qədər açıq səhnələrə qarşıyam. Kişinin kişini sevməsini keçirəm, o onsuz da okeydir. Artıq hadisələr tərsinə dönməyə başlayıb. Belə şeylər məni narahat edir. Survivorda tişört geyinməmişik deyə cəza gəlməsini mən də istəmirəm, amma müəyyən bir dozada cəza olmalıdır. Ancaq sərhədi qorumaq lazımdır".

İzləyicilər onun rol aldığı "Aşkı memnu" serialını misal gətirərək Batuhanın haqsız olduğunu bildiriblər.

Milli.Az