Nazir polis mayoruna yeni vəzifə verdi

15 Yanvar 2022 10:20

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Azad Məmmədov Göyçay Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.

O, bundan əvvəl Ağdaş RPŞ-də İstintaq qrupunun baş müstəntiqi olub.

Milli.Az