Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

15 Yanvar 2022 09:52

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 14-də 89,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 88,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 86,97 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel çoxdur.

Milli.Az