Avropada qazın qiyməti 1 000 dollardan aşağı düşüb

15 Yanvar 2022 10:07

Avropada qazın qiyməti birja ticarətinin nəticələrinə görə min kubmetr üçün 1 000 ABŞ dollarından aşağı düşüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatında deyilir.

Ümumi qiymət azalması təxminən 2,3 % təşkil edib.

Ticarət sessiyasının açılışında qiymət 1 100 ABŞ dollarına yaxınlaşıb, sonradan isə azalma müşahidə olunub.

Azalmadan sonra qiymət min kubmetr üçün 985 ABŞ dolları olub.

Milli.Az