Qadın evində tək qalıb öldü

15 Yanvar 2022 09:37

Bakıda bağlı qapı arxasında qaldığı bildirilən 63 yaşlı qadının öldüyü məlum olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı haqda məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az