"Brent" markalı neftin qiyməti 86 dolları ötüb

15 Yanvar 2022 08:32

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

"Brent" markalı neftin qiyməti oktyabrın 27-dən bu günə qədər ilk dəfə olaraq bir barel üçün 86 ABŞ dollarına çatıb.

Mart fyuçerslərinin qiyməti 1,74 % artaraq bir barel üçün 85,94 ABŞ dolları təşkil edib.

WTI neftinin də fevral fyuçersləri 2,12 % artaraq 83,86 ABŞ dolları olub.

Qiymət artımı dolların ucuzlaşması fonunda qeydə alınıb. Həftənin əvvəlindən dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,5 % dəyər itirib, göstərici isə ardıcıl 4-cü həftədir ki, enir.

Milli.Az