Abşeronda 32 yaşlı kişi intihara cəhd edib

15 Yanvar 2022 08:12

Abşeron rayonunda 32 yaşlı kişi intihara cəhd edib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Məmmədov Emin İsiməmməd oğlu bıçaqla özünə xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az