İraqın paytaxtı Bağdadda Kürdüstan Demokratik Partiyasının (KDP) sözçüsü Mehdi Əbdülkərim Feylinin olduğu avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Feyli sui-qəsd cəhdindən hər hansı xəsarət almadan xilas ola bilib.
Ancaq avtomobilə ciddi ziyan dəyib.
Milli.Az