Taliban parçalandı: özbəklər puştunları pusquya saldı

15 Yanvar 2022 11:45

Taliban rəhbərliyinin Əfqanıstanın əyalətlərindən birində qruplaşmanın özbək əsilli üzvlərinin üsyanını yatırmaq cəhdləri uğursuzluqla nəticələnib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstandakı siyasi prosesləri araşdıran rusiyalı ekspert Andrey Serenko Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Kabilin tapşırığı ilə puştunlardan ibarət Taliban qruplaşması üsyanı yatırmaq üçün Məzari-Şərifdən Fəryab əyalətinə yola düşüb, lakin yolda "Özbək Talibanı" tərəfindən pusquya salınıb və ciddi itkilər verib.

Serenko özbəklərin əməliyyatından sonra puştunların irəliləyişinin dayandırıldığını bildirib.

Rus ekspert qarşıdurma ilə bağlı əlavə məlumat verməyib.

Milli.Az