Millimiz kimə azarkeşlik edir? – Afrikadan təhlükə

15 Yanvar 2022 08:18

Kamerunda keçirilən Afrika Millətlər Kubokunun nəticələri Azərbaycan millisinə də təsir edə bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yarış iştirakçılarından bəziləri FİFA reytinqində irəliləmək imkanına malikdir.

Afrikanın 5 yığması bu siyahıda Azərbaycanı keçə bilər. Millimiz üçün Zimbabve, Sudan, Malavi, Komor adaları və Efiopiya təhlükə kəsb edir.

Bu komandaların qitə çempionatındakı uğurlu çıxışı yığmamıza sərf deyil. Elə bu üzdən də milli üzvləri potensial təhlükə kəsb edən komandaların rəqiblərinə azarkeşlik etməlidir.

Lakin təhlükə təkcə Afrikadan deyil. Yığmamız Qvatemalanın da nəfəsini hiss etməkdədir. KONKAKAF təmsilçisi millimizi arxada qoymaq imkanına malikdir.

Qeyd edək ki, komandamız hazırda 1139  xalla 120-ci yerdədir.

Milli.Az