Bakıda gənc qızı avtomobil vurub

15 Yanvar 2022 08:23

Bakının Suraxanı rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Nəcəfova Günel Ağarza qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az