Açıq-saçıq geyindiyi üçün təyyarəyə buraxılmadı - FOTO

15 Yanvar 2022 12:07

ABŞ-ın keçmiş gözəllik kraliçası Olivia Kulpo geyiminə görə təyyarəyə buraxılmayıb.

Milli.Az xəbər verir ki, onun geyimi çox açıq-saçıq hesab edilib, buna görə model paltarlarını dəyişməli olub.

Modelin ABŞ-dan Meksikaya getmək istədiyi qeyd edilib. Ona deyilib ki, əyninə üstdən bir şey geyinməsə, təyyarəyə buraxılmayacaq.

29 yaşlı model aviaşirkətin tələbini yerinə yetirib, ancaq bununla bağlı "Instagram" hesabında paylaşım etdikdən sonra məsələ ictimailəşib.

Aviaşirkət məsələyə hər hansı reaksiya verməkdən imtina edib.

Milli.Az