“Azərbaycanda rejssorların öz “kruqu” var və onlardan kənara çıxmırlar” - Məşhur model

15 Yanvar 2022 12:00

Milli.Az xəbər verir ki, dünyaca məşhur azərbaycanlı model Rüstəm Cəbrayılov moderator.az-a açıqlamasında model sənətinin bizdə çox zəif inkişaf etməsindən və heç bir perspektivi olmamasından danışıb:

"Bu günə qədər Azərbaycanda model məktəbi açmamağımın böyük səbəbi var. Azərbaycanda bu sahə çox zəif inkişaf edib və heç bir perspektivi yoxdur. Uzun illər gözləməyimə baxmayaraq, hələ də heç bir inkişaf yoxdur. Qismət olsa, Azərbaycanda model məktəbi açmaq istəyirəm. Çünki bizim istedadlı gənclərimiz var, onlar itib-batırlar. Heç olmasa imkan daxilində onlara dəstək olaram, xaricə gedib kariyeralarını qurarlar". 

Eyni zamanda aktyor kimi fəaliyyət göstərən model qeyd etdi ki, aktyorluq çətin peşədir: 
"Modellikdən fərqli olaraq aktyor kimi fəaliyyət göstərdikdə bir qədər özündən də obraza nələrsə əlavə etmiş olursan. Obraza girmək, onu yaşamaq bir qədər çətindir. Hər yaxşı görünüşü olan model model aktyor ola bilməz.
Amma təəssüflər olsun ki, Azərbaycanda modellərin aktyor olmama səbəbələri fərqlidir. Çünki Azərbaycanda film sahəsində demək olar ki, heç bir modelə maraciət olunmur. Ən böyük səbəblərdən biri də budur. Azərbaycanda film çəkən rejssorların öz "kruqu" var. Onlar bu "kruq"dan kənara çıxmırlar".

Milli.Az