Tərtərdə yol qəzası baş verib, 1 nəfər ölüb

15 Yanvar 2022 20:46

Tərtərdə yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Xoruzlu kəndində qeydə alınıb.

Belə ki, "VAZ" 2106 markalı avtomobil elektrik dirəyinə çırpılıb. Bərdə rayonu Güloğlular kənd sakini 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlu qəzaya uğrayan avtomobildəkilərə kömək etməyə çalışarkən, cərəyan vurması səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az