Bayden sualları cavablayacaq

15 Yanvar 2022 07:45

ABŞ prezidenti Co Bayden yanvarın 19-da mətbuat konfransı keçirməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

C.Psaki bildirib: "Mən prezidentin gələn çərşənbə günü saat 16:00-da rəsmi mətbuat konfransı keçirəcəyini gözləyirəm".

C.Psaki Amerika liderinin çıxışı zamanı toxunacağı mövzuların siyahısını təqdim etməyib:

"Prezident birbaşa Amerika xalqına müraciət etməyi səbirsizliklə gözləyir".

Milli.Az