Argentinalı həkimlər sutka ərzində 139 853 koronavirusa yoluxma hadisəsi aşkar ediblər. Bu da pandemiyanın başlanğıcından bəri ən yüksək göstərici olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Nazirlik qeyd edib ki, Argentinada ümumilikdə 6 932 972 yoluxma halı qeydə alınıb.
Son 24 saat ərzində 96 nəfərin koronavirusdan öldüyü təsdiqlənib. Ölənlərin ümumi sayı 117 901 nəfərə çatıb.
Milli.Az