“Xaç atası” yenidən kinoprokata çıxır

15 Yanvar 2022 13:15

Frensis Ford Koppolanın "Xaç atası" filmi ekranlara çıxmasının 50-ci ildönümünü qeyd etmək üçün kinoteatrlara qayıdıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filmin hər üç hissəsi Koppolanın şəxsən özünün rəhbərliyi altında diqqətlə restavrasiya olunub. Xüsusilə, mütəxəssislər neqativlərin üzərindəki ləkələri aradan qaldırıb və rəngləri bərpa ediblər.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Koppola "Xaç atası" filminin davamını çəkmək fikrində olmadığını açıqlayıb.

Qanqster trilogiyası olan "Xaç atası" 1972-1990-cı illər arasında ekranlara çıxıb. O, dünya kino tarixinin şah əsərlərindən sayılır.

Milli.Az