Sahibinin qəbri üstündə yatan pişik - FOTO

15 Yanvar 2022 12:15

Twitter istifadəçisi @LavBosniak iki ay ərzində sahibi, Assambleyanın sədr müavini və Serbiya İslam İcmasının keçmiş baş müftisi Muamer Zukorliçin məzarı üstündə küskün oturan və getməkdən imtina edən sadiq pişiyin ürək ağrıdan hekayəsini danışıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Muamer Zukorlić 6 noyabr 2021-ci ildə ürək tutmasından vəfat edib. O, Serbiya və digər Balkan ölkələrindəki müsəlman icmasının tanınmış simalarından idi. Zukorliçin ölümündən sonra onun pişiyi hər gün siyasətçinin məzarı üstündə oturub. Heyvan sahibinin dəfn olunduğu yeri tərk etməkdən imtina edib. @LavBosniak tərəfindən yerləşdirilən fotoda qarla örtülmüş məzarın üzərində ağ və qara pişiyin oturduğu görünür. "Onun pişiyi hələ də buradadır" yazısında deyilir. Heyvanın sədaqəti Twitter istifadəçilərini təsirləndirib.

Anar Əli
Milli.Az