Əfqanıstanda 5,1 bal gücündə zəlzələ baş verib

14 Yanvar 2022 21:54

Əfqanıstanda Tacikistanla sərhəd yaxınlığında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Bədəxşan vilayətinin İşkaşim şəhərindən təqribən 13 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 103 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az