Çörəyi ucuz satdı, güllələndi - FOTO

15 Yanvar 2022 03:22

Türkiyədə çörəyi mağazalara ucuz satan adam güllələnib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, çörək zavodunun sürücüsü Zühtü Ateş marketlərə çörək paylayarkən ayağından vurulub.

İki nəfər ona yaxınlaşıb və çörəyi neçəyə satdığını soruşub. Çörəyin qiymətini öyrənəndən sonra onu vuraraq qaçıblar. Çörək zavodundan isə bunu rəqiblərinin çörəyi onlardan daha ucuz satdıqları üçün etdikləri bildirilib.

Qeyd edək Zühtü Ateş xəstəxanada müalicə alır. Həmin 2 nəfər isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az