"3+3 formatında başlamış proseslər çox mühümdür - Rusiya XİN

14 Yanvar 2022 15:38

3+3 formatında başlamış proseslər çox mühümdür, çünki bu formatda bütün regionun inkişaf perspektivləri müzakirə olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Şübhəsiz ki, biz bu səyləri dəstəkləyirik və biz bu prosesdə fəal iştirak erdirik. Bu səylər Cənubi Qafqazda vəziyyətin normallaşmasına kömək edir və qalan siyasi problemlərin daha fəal şəkildə həll olunması üçün şərait yaradır", - deyə nazir bildirib.

Milli.Az