Klublarımızın ötən il transferlərə 700 min dollar xərcləyib

14 Yanvar 2022 16:40

2021-ci ildə Azərbaycanın futbol klublarının ölkə xaricindən etdikləri transferlərin sayı və xərclədikləri məbləğ açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə FIFA-nın hesabatında bildirilib.

Klublar ölkədən kənarda çıxış edən 68 oyunçunu heyətinə qatıblar, 59-nu isə ölkə xaricinə göndəriblər.

Transferlərdə ümumilikdə 12 klub iştirakçı olub. Keçidlərə üs-üstə 700 000 ABŞ dolları xərclənib.

Milli.Az