Azərbaycanda hansı ərazilərdə sürüşmə təhlükəsi var? - VİDEO

14 Yanvar 2022 19:42

Azərbaycan ərazisinin müxtəlif zonalarında yerləşən sürüşmə sahələrində son 100 ildə xüsusi aktivlik müşahidə edilir. Araşdırmalara görə isə, sürüşmə sahələrinin artmasına uzun müddətli yağışların yağması və yamac sahələrinə antropogen amillərin təsirləri səbəb olur. Bununla əlaqədar olaraq da son illərdə sürüşmələrin sayı çox artıb. Azərbaycanda ən çox sürüşmə zonası hansı ərazilərdədir?

Ölkənin müxtəlif ərazilərində sürüşməyə meyilli sahələr kifayət qədərdir. Əsasən də paytaxt Bakıda torpaq sürüşməsihadisələri daha tez-tez baş verir. Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılovun sözlərinə görə, sürüşmə yamac meyilliyi çox olan, əhəngli və gilli süxurlarla təşkil olunmuş ərazilərdə müşahidə edilir. 

Mirnuh İsmayılov bildirir ki, yaşayış yerləri sürüşmə ərazilərinə uyğun tikilməlidir.

Bölgələrdə isə ən aktiv sürüşmə zonaları Şamaxı, İsmayıllı və Lerikin dağətəyi əraziləridir.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az