Xoşqədəm Hidayətqızı 48 yaşını belə qeyd etdi - VİDEO - FOTO

14 Yanvar 2022 13:46

Aparıcı Xoşqədəm Hidayətqızının 48 yaşı tamam olub.

Milli.Az baku.ws-ə istinadla xəbər verir ki, aparıcı Zaur Kamal "Səni axtarıram" verilişinə gələrək həmkarını təbrik edib. Xoşqədəmə ad günü tortu və hədiyyə təqdim edən Zaur daha sonra ona başqa sürpriz də edib.

O, aparıcının övladları Arda və Arını studiyaya gətirib.

Xoşqədəm Hidayətqızı efirdən sonra ad gününü həyat yoldaşı və uşaqları ilə birlikdə qeyd edib. Həmin görüntüləri müğənni Doğuş sosial şəbəkə hesabında yayımlayıb. O, ailəsi ilə fotosunu da paylaşaraq Xoşqədəmi ad günü münasibətilə təbrik edib.

Milli.Az