Elçin Sanqu məhkəməni uduzdu

14 Yanvar 2022 14:34

Menecer Başay Okay və aktrisa Elçin Sanqu arasında olan məhkəmə çəkişməsi başa çatıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, Başay aktrisanın müqaviləni haqsız yerə pozduğunu iddia edərək ona qarşı aparılan məhkəmədə qalib gəlib.

Məhkəmə aktrisanın 2 milyon 378 min lirə maddi təzminat və 100 min dollar cərimə faizi ödəməsinə qərar verib.

Sanqu əsəbiləşərək məhkəmə zalını tərk edib.

Milli.Az