London derbisi təxirə salındı

15 Yanvar 2022 19:59

İngiltərə Premyer Liqasının 22-ci turunun "Tottenhem" - "Arsenal" matçı təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna qonaq komandada koronavirusun yayılması, zədəlilərin olması və futbolçuların bəzilərinin Afrika Millətlər Kubokuna yola düşməsi səbəb olub.

Premyer Liqa rəhbərliyi "Arsenal"ın müraciətini qəbul edib və görüşün başqa tarixə keçirilməsinə qərar verib. Oyunun yeni tarixi hələ müəyyənləşməyib.

Qeyd edək ki, görüş sabah oynanılmalı idi.

Milli.Az