Moskvada Türkiyə və Ermənistan nümayəndələrinin görüşü başlayıb

14 Yanvar 2022 12:24

Moskavada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təyin olunmuş xüsusi nümayəndələr, Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ilk görüş zamanı tərəflər normallaşma prosesində atılacaq addımları və müzakirələrin gedişatı ilə bağlı detalları müzakirə edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilk görüşlə bağlı açıqlamasında bu təmasların davam etməsini arzuladığını bildirmişdi.

Mütəxəssislərin fikrincə, ilk görüş zamanı əsasən iqtisadi məsələlərin müzakirə olunacağı gözlənilir.

Milli.Az