Millimizin oyunu azarkeşsiz keçiriləcək

15 Yanvar 2022 19:57

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 17-də Belçika yığması ilə yoxlama oyunu keçirəcək.

Pandemiya ilə əlaqədar olaraq, görüş azarkeşlər üçün qapalı olacaq.
 
Belçika - Azərbaycan matçı Borqlon şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Milli.Az