Erotik filmləri üzə çıxdı, işdən və ölkədən qovuldu - FOTO

14 Yanvar 2022 19:36

İngiltərədə yaşayan Skayler Makkay adlı qadın erotik filmlərdə rol aldığı xəbəri bəlli olduqda başına gətirilənlərdən danışıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, gizli şəkildə böyüklər üçün filmlərdə rol alan Makkay həqiqət üzə çıxanda həm teatrdakı işindən, həm də ölkəsindən qovulub.

Əvvəllər Şotlandiyada olan qadın seksual xarakterli filmlərdə iştirak etmək üçün bir şirkətlə müqavilə bağladığını söyləyib. Fərqli işlərlə məşğul olduğunu ifadə edən gənc qadın "o zamanlar ikili həyat sürürdüm. Şotlandiya Gənclik Teatrında işləyirdim, orada atelye rəhbəri idim və Queen Margaret Universitetində dram təhsili alırdım.

"Seks filmlərində rol aldığı öyrənildikdə bütün işlərimdən qovuldum, 24 saat ərzində hər şeyimi itirdim" deyib.

Anar Əli
Milli.Az