Yanvarın 16-da hava yenidən pisləşəcək

14 Yanvar 2022 11:52

"Yanvarın 16-sı axşam saatlarında, 17-si gündüzədək növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bununla əlaqədar ölkə ərazisində yağıntılı hava şəraiti olacaq: "Prosesin intensivliyi haqqında daha dəqiq məlumat yaxın günlərdə veriləcək".

Milli.Az