"Xanımı evdə darıxmasın deyə ona "uşaq bağçası" açanlar.." - Turan İbrahimov

14 Yanvar 2022 12:34

Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb. Görüntülərdə qadının körpənin çörəyi yeməsini israr edir və başına sillə vurur. Görüntülər insanların narazılığına səbəb olub.

Milli.Az big.az-a istinadən xəbər verir ki, aparıcı Turan İbrahimov sosial media hesabında sözügedən hadisəyə münasibət bildirib:

"Xanımı evdə darıxmasın deyə ona "uşaq bağçası" açanlar elə özləri ağılda və mənəviyyatda olanları da ətraflarına toplayırlar. Nəticəsi də məlumdu...Nə vaxta kimi bir balaca pulu olan "uşaq bağçası" açacaq, hər yerindən durana "uşaq bağçası" işlətməyə lisenziya veriləcək, bax o vaxta qədər də məlum hallar yaşanacaq".

Milli.Az